satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Qoşun Qruplaşmaları Birliyinin komandiri dəyişib

Rusiya Qoşun Qruplaşmaları Birliyinin komandiri dəyişib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Baş Qərargah rəisi Valeri Gerasimovu Qoşun Qruplaşmaları Birliyinin komandiri təyin edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, V.Gerasimov bu vəzifədə Kosmik Hava Qüvvələrinin Baş komandanı Sergey Surovikini əvəz edib.

Qeyd edək ki, S.Surovikin Qoşun Qruplaşmaları Birliyinə ötən il oktyabrın 8-də təyin edilmişdi. Rusiya müdafiə nazirinin əmri ilə indi o, V.Gerasimovun müavini vəzifəsini icra edəcək.

Rusiya Müdafiə Nazirliyi yerdəyişmələri xüsusi hərbi əməliyyat çərçivəsində “həll olunmalı vəzifələrin miqyasının artması” ilə izah edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM