satellite   Azerspace-1: 11135 H 30000

Nursultan Nazarbayev Qazaxıstanın fəxri senatoru statusundan məhrum olunub

Nursultan Nazarbayev Qazaxıstanın fəxri senatoru statusundan məhrum olunub

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevə verilmiş fəxri senator statusu parlamentin reqlamentindən çıxarılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) sədri Maulen Aşimbayev jurnalistlərə bildirib. Onun sözlərinə görə, ölkənin birinci prezidentinin statusu və səlahiyyətləri barədə maddə konstitusiyadan çıxarıldığı üçün fəxri senatoru statusu da qüvvəsini itirib. Sabah parlament palatalarının birgə iclasında "Qazaxıstan Respublikasının ilk prezidenti – Elbası haqqında" qanunun qüvvədən düşməsi məsələsinə baxılacaq.

Nursultan Nazarbayevə fəxri senator statusu Qazaxıstan parlamentinin yuxarı palatası (Senat) tərəfindən 2019-cu il mayın 30-da, respublikanın birinci prezidentinin qızı Dariqa Nazarbayeva Senatın sədri olduğu zaman verilib. Bu statusa əsasən, Nazarbayev parlamentin yuxarı palatasının iclaslarında iştirak edə bilərdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM