satellite   Azerspace-1: 11135 H 30000

İstanbuldakı partlayışı planlaşdıran terrorçu Suriyada məhv edilib

İstanbuldakı partlayışı planlaşdıran terrorçu Suriyada məhv edilib

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Suriyada həyata keçirdiyi əməliyyat nəticəsində ötən il İstanbulun Beyoğlu rayonunda törədilən partlayışda əsas rol oynayan PKK/YPG terror təşkilatının üzvü Xəlil Menci zərərsizləşdirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, o, fevralın 22-də MİT əməkdaşları tərəfindən Suriyanın sərhədyanı Qamışlı rayonunda həyata keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib.

Xatırladaq ki, 2022-ci il noyabrın 13-də İstanbulun İstiklal Caddesində törədilən partlayış nəticəsində altı nəfər həlak olub, 81 nəfər isə yaralanıb. Təhqiqat çərçivəsində saxlanılan 60 nəfərdən 20-si, o cümlədən terror aktını icra edən qadın həbs olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM