satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda avtobus qəzasında 13 nəfər ölüb

Pakistanda avtobus qəzasında 13 nəfər ölüb

Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzasında azı 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli polisə istinadla Sinxua agentliyi məlumat yayıb.

Hadisə şəhərlərarası M-5 avtomobil yolunun Rəhim-Yar-Xan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobus təkərin partlaması səbəbindən aşıb, daha sonra digər avtobus və yolsuzluq avtomobili ona çırpılıb.

Yaralılar xəstəxanaya çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM