satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: “Krımın azad edilməsi ilə Rusiyanın Avropa xalqlarının həyatını məhv etmək cəhdlərini dayandıracağıq”

Zelenski: “Krımın azad edilməsi ilə Rusiyanın Avropa xalqlarının həyatını məhv etmək cəhdlərini dayandıracağıq”

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Krım yarımadasını azad etməklə Rusiyanın ukraynalıların və bu ölkənin fəth edəcəyini iddia etdiyi bütün Avropa və Asiya xalqlarının həyatını məhv etmək cəhdlərinə tarixi son qoyacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində deyib.

“2014-cü ildə Rusiya təcavüzü məhz Krımın ələ keçirilməsi ilə başladı. Məntiqlidir ki, biz Krımı azad etməklə Rusiyanın bir vaxtlar fəth edəcəyini iddia etdiyi ukraynalıların, bütün Avropa və Asiya xalqlarının həyatını məhv etmək cəhdlərinə tarixi son qoyacağıq. Beynəlxalq hüquq məhz burada, Ukrayna torpaqlarında – Donbasda, Azov dənizində, Xerson vilayətində və Krımda qələbə çalacaq”.

Zelenski xatırladıb ki, fevralın 26-da Ukrayna Krımın və Sevastopolun işğalına qarşı Müqavimət Gününü qeyd edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM