satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-da təyyarə qəzasında həlak olanların sayı 4-ə çatıb

ABŞ-da təyyarə qəzasında həlak olanların sayı 4-ə çatıb

ABŞ-ın Florida ştatının səmasında iki yüngül motorlu təyyarənin toqquşması nəticəsində həlak olanların sayı 4-ə çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS-a istinadla xəbər verir ki, çərşənbə axşamı baş verən hadisə nəticəsində həyatını itirənlərdən üçünün şəxsiyyəti müəyyən olunub.

Qəza ərazidə yerləşən gölün üzərində baş verib, hazırda təyyarənin qalıqları sudadır, lakin ölənlərin cəsədləri çıxarılıb. Həlak olanlardan birinin şəxsiyyəti hələlik müəyyənləşməyib.

Qeyd edək ki, daha əvvəl iki nəfərin həlak olduğu bildirilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM