satellite   Azerspace-1: 11135 H 30000

BMT Rusiya ilə taxıl müqaviləsi üzrə danışıqları təsdiqləyib

BMT Rusiya ilə taxıl müqaviləsi üzrə danışıqları təsdiqləyib

BMT Rusiya ilə taxıl müqaviləsi üzrə danışıqları təsdiqləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.

Rusiya nümayəndə heyəti ilə BMT nümayəndələri arasında taxıl sazişinin müddətinin uzadılması ilə bağlı danışıqlar gələn həftə Cenevrədə yüksək səviyyədə keçiriləcək.

F.Haq Rusiyanın Quterreşin taxıl sazişi üzrə danışıqlar aparmaq üçün Moskvaya səfərindən imtinası ilə bağlı təklifi təkzib edib. "Bu, belə deyil", - o vurğulayıb.

BMT rəsmisi əlavə edib ki, baş katib Antonio Quterreş "imkanlar yarandıqca Rusiya hakimiyyətinin nümayəndələri ilə görüşmək istəyir və buna hazırdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM