satellite   Azerspace-1: 11135 H 30000

“Google” 8 Martla bağlı dudl hazırlayıb

“Google” 8 Martla bağlı dudl hazırlayıb

"Google" beynəlxalq axtarış sistemi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə dudl hazırlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dudlda qadınların cəmiyyətin müxtəlif sahələrindəki mühüm rolunu əks etdirən şəkillər yer alıb. “Google” qadınların tribunada çıxışı, uşaqları böyütməsi və s. şəkilləri ilə zərif cinsin nümayəndələrinin əvəzolunmaz xidmətlərini bir daha diqqətə çatdırıb.

Qeyd edək ki, Beynəlxalq Qadınlar Günü Azərbaycanda da geniş qeyd olunur.

Qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu tarixi Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM