satellite   Azerspace-1: 11135 H 30000

ABŞ rəsmisi: "Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik”

ABŞ rəsmisi: "Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik”

"Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan və Bakı arasında sülhün yeganə yolu dialoqdur: “Biz uzunmüddətli və balanslı olacaq sülhün bərqərar olması üçün tərəflərlə, həm Ermənistan, həm də Azərbaycan liderləri ilə yaxından işləməkdən başqa yol görmürük. Bizim etməyə çalışdığımız şey sülhə gedən yolu asanlaşdırmaqdır”.

L.Bono bildirib ki, tərəflər sülh müqaviləsinin mətnini və şərtlərini özləri hazırlamalıdırlar: “Çünki hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM