satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın paytaxtı Tbilisidə və daha 10 şəhərdə qadınlar aksiya keçirir

Gürcüstanın paytaxtı Tbilisidə və daha 10 şəhərdə qadınlar aksiya keçirir

Gürcüstanın paytaxtı Tbilisidə qadınlar aksiya keçirməyə başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, yürüş iştirakçıları əllərində plakatlarla Birinci Respublika meydanından parlament binasına qədər irəliləyirlər.

Yürüş Tbilisidən başqa Gürcüstanın daha 10 şəhərində keçirilir.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM