satellite   Azerspace-1: 11135 H 30000

Polşa “MiQ-29”larını Ukraynaya verməyə hazırdır

Polşa “MiQ-29”larını Ukraynaya verməyə hazırdır

Polşa Ukraynanı öz arsenalında olan “MiQ-29” qırıcıları ilə təchiz etməyə hazırdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Polşa Prezidenti Andjey Duda deyib.

“Biz Hərbi Hava Qüvvələrimizdə xidmətdə olan “MiQ-29” təyyarələrini verməyə hazırıq. Əminəm ki, Ukrayna onlardan istifadə edə biləcək. Çünki hazırda Ukraynada bunları idarə edə biləcək pilotlar var”, - Duda bildirib.

Duda əmindir ki, gələcəkdə Ukrayna “F-16”ları da tədarük etməli olacaq. “İnanıram ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə “F-16”dan istifadə edəcək. Ona görə də pilot hazırlığı indi çox vacibdir", - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM