satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Avstraliyada 24 saatda 65 min şimşək çaxıb

Cənubi Avstraliyada 24 saatda 65 min şimşək çaxıb

Cənubi Avstraliya ştatında güclü qasırğa səbəbindən 10 min ev işıqsız qalıb. Meteorologiya bürosunun məlumatına görə, regionda 24 saat ərzində 65 min şimşək çaxması qeydə alınıb.

Naxçıvan televiziyası ABC News yayım şəbəkəsinə istinadla xəbər verir ki, Adelaida şəhərinin Marion rayonuna yarım saat ərzində 25 millimetr, aeroport ərazisinə isə 20 millimetr yağıntı düşüb.

Sinoptiklər leysan yağışlarının və şimşək çaxmalarının cümə günü səhərə qədər davam edəcəyi barədə xəbərdarlıq edib. Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidmətinə hələlik ciddi dağıntılar barədə məlumat daxil olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM