satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Kaxovka SES-lə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib

Ukrayna Kaxovka SES-lə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib

Ukrayna Baş Prokurorluğu Kaxovka su elekrik stansiyasının (SES) dağıdılması ilə bağlı Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət göndərib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorunun müşaviri Maksim Popov bildirib.

Popovun sözlərinə görə, Ukraynanın Baş prokuroru Andrey Kostin Kaxovka SES-lə bağlı BCM-ə müraciət göndərib və baş vermiş hadisə ilə bağlı ilkin məlumatları təqdim edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Kiyevin Kaxovka SES-in dağıdılması ilə əlaqədar Moskvaya qarşı BCM-də iddia qaldıracağını deyib.

Zelenskinin sözlərinə görə, rəsmi Kiyev tərəfindən SES ətrafında yaranmış vəziyyət ekosid kimi qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM