satellite   Azerspace-1: 11135 H 30000

Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

AK Partiya və MHP-nin namizədi olan Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı “TRThaber” yayıb.

Bildirilib ki, səsvermənin 1-ci turunda millət vəkillərinin 317-si onun lehinə səs verib. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb.

2-ci turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələdə 321 səs ala bilib.

Üçüncü səsvermədə isə N.Kurtulmuş TBMM sədri seçilib.

Qeyd edək ki, Türkiyə parlamentinin sədrliyinə partiyalar tərəfindən ümumilikdə 7 namizəd irəli sürülmüşdü. Onlar Numan Kurtulmuş (AKP və MHP), Tekin Bingöl (CHP), Cihan Paçacı (İYİ partiya), Şerafettin Can Atalay (Türkiyə İşçi Partiyası), Tülay Hatimoğulları Oruç (Yaşil Sol Partiya), Mustafa Yeneroğlu (DAVA) və Serap Yazıcı Özbuddur (Gelecek Partiyası).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM