satellite   Azerspace-1: 11135 H 30000

Nyu-Yorkda ən yüksək hava çirklənməsi qeydə alınıb

 Nyu-Yorkda ən yüksək hava çirklənməsi qeydə alınıb

Kanadada günlərlə davam edən meşə yanğınları nəticəsində Nyu-York şəhərində ən yüksək hava çirklənməsi qeydə alınıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ hökumətə bağlı olan AirNow veb-saytı məlumat yayıb.

Bildirilir ki, Nyu-York şəhəri və ətrafında hava keyfiyyətinin səviyyəsi narıncıdan 165 qırmızıya yüksəlib. Bu səbəbdən də səlahiyyətlilər sakinlərə mümkün qədər evdə qalmaq, küçədə qoruyucu maskalardan istifadə etmək barədə xəbərdarlıq ediblər.

Şəhərin səhiyyə komissarı havanın keyfiyyətinin kəskin pisləşməsinin vətəndaşlar, xüsusilə yaşlılar və uşaqlar üçün əsl sağlamlıq təhlükəsi yaratdığını bildirib.

Şəhərdə görmə məsafəsinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə əlaqədar federal hakimiyyət orqanları Nyu-Yorkun Laqardiya hava limanının işini dayandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM