satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda məsciddə cənazə namazı zamanı terror aktı törədilib

Əfqanıstanda məsciddə cənazə namazı zamanı terror aktı törədilib

Əfqanıstanın Bədəxşan əyalətində terror aktı törədilib.

Naxçıvan televiziyası "TOLO News"a istinadən xəbər verir ki, Bədəxşan əyalətinin Feyzabad şəhərindəki məsciddə partlayış baş verib.

Partlayış əyalət qubernatorunun müavininin cənazə namazında baş verib. O, özü də iyunun 6-da terror aktı nəticəsində həlak olub. Qubernatorun müavininə qarşı terror aktı ilə bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.

İyunun 8-də məsciddə baş vermiş partlayış nəticəsində ölənlər barədə təsdiqlənməmiş məlumatlar var.

Hadisəyə görə, məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM