satellite   Azerspace-1: 11135 H 30000

Rasmussen: NATO-nun bir neçə ölkəsi Ukraynaya qoşun yeridə bilər

Rasmussen: NATO-nun bir neçə ölkəsi Ukraynaya qoşun yeridə bilər

NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen (2009-2014) alyansın bir neçə ölkəsinin Ukraynaya ordu yeridə biləcəyini güman edir.

Naxçıvan televiziyası “The Guardian” qəzetinə istinadla xəbər verir ki, Rasmussenin fikrincə, əgər Kiyev NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammitində təhlükəsizlik zəmanəti ilə bağlı ciddi irəliləyişə nail olmasa, Polşa və Baltikyanı ölkələr öz qüvvələrini Ukraynaya yerləşdirə bilər.

Qeyd edək ki, Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq iyunun 6-da “Buxarest doqquzluğunun” Bratislava şəhərində keçirilən sammitində NATO-ya üzv ölkələrin yüksək səviyyəli gələcək görüşündə Ukraynaya yardımın aktivləşdirilməsi barədə razılıq əldə olunacağını bildirib.

O, həmçinin iyunun 7-də Vaşinqtonda yerləşən CNAS mərkəzində çıxışı zamanı vurğulayıb ki, hazırda prioritet məsələ Ukraynanın NATO-ya üzvlüyü deyil, onun Rusiya ilə müharibədə qələbə qazanmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM