satellite   Azerspace-1: 11135 H 30000

Volodimir Zelenski Xersona gedib

Volodimir Zelenski Xersona gedib

Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinə işgüzar səfər edərək Kaxovka Su Elektrik Stansiyasının bəndində partlayışın nəticələrinin aradan qaldırılması üzrə koordinasiya müşavirəsi keçirib.

Naxçıvan televiziyası Ukrayna Prezidenti Ofisinə istinadla xəbər verir ki, iclasda Zelenski bölgədəki mövcud vəziyyətə dair hesabatları dinləyib.

“Çox mühüm məsələlər var, bunlar vilayətdə yaranmış operativ vəziyyət, əhalinin potensial daşqın zonalarından təxliyəsi, bəndin partlaması nəticəsində yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması, su basmış ərazilərdə həyat təminatının təşkili, həmçinin, regionun ekosisteminin yenilənməsi perspektivləridir”, - deyə Zelenski iclasda bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, itkilərin hesablanması və fəlakətdən zərər çəkmiş sakinlərə kompensasiya üçün vəsait ayrılması, dəymiş zərərin ödənilməsi və ya Xerson daxilində müəssisələrin köçürülməsi proqramının hazırlanması vacibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM