satellite   Azerspace-1: 11135 H 30000

Fransada bıçaqla silahlanmış şəxs uşaqlara hücum edib

Fransanın Yuxarı Savoyya departamentinin Ansi şəhərində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində aralarında uşaqların da olduğu beş nəfər xəsarət alıb.

Naxçıvan televiziyası ABC News telekanalına istinadla xəbər verir ki, hadisə şəhərin göl kənarında yerləşən istirahət meydançasında baş verib. Qışqıraraq parka daxil olan cinayətkar uşaq arabalarına yaxınlaşaraq körpələrə bıçaq zərbələri endirməyə başlayıb. Polis tərəfindən əhatəyə alındığını görən şəxs daha sonra yaşlı bir insanı da yaralayıb.

Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlər yaralanan dörd uşaqdan ikisinin vəziyyətini kritik qiymətləndirir.

Hücum edən şəxsin saxlanıldığı bildirilir. Onun 32 yaşlı suriyalı olduğu və bu il İsveçdə qaçqın statusu aldığı məlum olub.

Fransanın Baş naziri Elizabet Born və daxili işlər naziri Jerald Darmanen təcili olaraq Ansi şəhərinə yollanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM