satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon Ukrayna üçün 2 milyard dollarlıq yeni yardım paketi hazırlayır

Pentaqon Ukrayna üçün 2 milyard dollarlıq yeni yardım paketi hazırlayır

Pentaqon bu gün Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün sursatların da daxil olduğu 2 milyard dollarlıq yeni hərbi yardım paketini elan etmək niyyətindədir.

Naxçıvan televiziyası xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Ukraynanın təhlükəsizliyinə yardım məqsədi daşıyan həmin vəsait paketə buraxılış qurğuları, həmçinin “Hawk” zenit kompleksi və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına yönəldiləcək.

Aprelin sonlarına olan məlumata görə, Birləşmiş Ştatların Ukraynaya hərbi yardımlarının ümumi həcmi artıq 36 milyard dolları ötüb. Bəzi amerikalı ekspertlər hesab edirlər ki, bu, ABŞ Silahlı Qüvvələrinin silah ehtiyatını tükəndirə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM