satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq yeni hərbi yardım paketi ayırır

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq yeni hərbi yardım paketi ayırır

ABŞ hakimiyyəti Ukraynaya əlavə hava hücumundan müdafiə və sursat daxil olmaqla 2,1 milyard dollarlıq yeni hərbi yardım paketi təqdim etmək qərarına gəlib.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

Bu silahlar ABŞ tərəfindən istehsalçılardan və ya tərəfdaşlardan alınaraq Ukraynaya təhvil veriləcək. Söhbət xüsusilə “Hawk” zenit-raket sistemlərindən, 105 mm və 203 mm çaplı artilleriya mərmilərindən, “Puma” pilotsuz təyyarələrindən, lazer yönləndirmə sisteminə malik raket sistemlərindən gedir.

Bundan əlavə, ABŞ tərəfi Ukrayna hərbçilərinə texnikanın hazırlanmasında yardım etməyə hazırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM