satellite   Azerspace-1: 11135 H 30000

Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb

Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb

Kaxovka su elektrik stansiyasının (SES) partladılması nəticəsində 27 nəfər itkin düşmüş hesab olunur.

Naxçıvan televiziyası  xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukraynanın daxili işlər naziri İqor Klimenkoya istinadən məlumat yayıb.

DİN-in məlumatına görə, Xerson vilayətində 47 yaşayış məntəqəsi su altında qalıb, onlardan 33-ü Ukraynanın nəzarətində olan ərazidə, 14-ü isə müvəqqəti işğal altında olan ərazidədir. 2 620 nəfər təxliyə edilib, onlardan 160-ı uşaqdır.

Rusiya tərəfinin açdığı atəşlər nəticəsində 11 ukraynalı yaralanıb, 4 nəfər ölüb.

Nikolayev vilayətində 31 yaşayış məntəqəsi su altında qalıb. 936 nəfər, o cümlədən 167 uşaq təxliyə edilib. 1 nəfər ölüb.

Dnepropetrovsk vilayətində 26 yaşayış məntəqəsində 89 mindən çox abunəçi susuz qalıb. İçməli və texniki su təchizatı təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM