satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan daha bir keçmiş müdafiə nazirini beynəlxalq axtarışa verir

Ermənistan daha bir keçmiş müdafiə nazirini beynəlxalq axtarışa verir

Ermənistanın Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sarqsyanın beynəlxalq axtarışa verilməsi prosesinə başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, o, hərbi qulluqçu və hərbi qeydiyyatda olmayan şəxslərə mənzil verməkdə ittiham olunur.

Məlumata görə, keçmiş müdafiə naziri bunu “siyasi təqibin göstəricisi” adlandırıb.

Qeyd edək ki, Vigen Sarqsyan 1975-ci il mayın 10-da İrəvanda anadan olub. O, 2016-cı il oktyabrın 3-də Seyran Ohanyanın yerinə müdafiə naziri təyin edilib, 2018-ci il mayın 8-də hakimiyyət dəyişikliyindən sonra tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, 44 günlük müharibə zamanı müdafiə naziri olmuş David Tonoyan hazırda həbsdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM