satellite   Azerspace-1: 11135 H 30000

Almaniya Ukraynaya “Patriot” ZRK və raketlər verəcək

Almaniya Ukraynaya “Patriot” ZRK və raketlər verəcək

Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniyanın Kansleri Olaf Şolts Ukraynaya “Patriot” zenit-raket kompleksinin əlavə buraxılış qurğularının və raketlərin verilməsi haqqında razılığa gəliblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Zelenskinin bəyanatında deyilir.

O bildirib ki, bu məsələni NATO-nun Vilnüs sammiti çərçivəsində Şoltsla müzakirə edib.

Zelenski Ukraynaya göstərdiyi dəstəyə görə Almaniyaya təşəkkürünü bildirib.

“Uzunmüddətli dəstək proqramları Avropamızın təhlükəsizlik və sülh məkanı olaraq qalacağına dair ən yaxşı siqnaldır. Bu, ukraynalıların həyatını qorumaq üçün son dərəcə vacibdir”, - Ukrayna Prezidenti əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM