satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada anomal istilər: 10 şəhərdə “qırmızı” xəbərdarlıq elan olunub

İtaliyada anomal istilər: 10 şəhərdə “qırmızı” xəbərdarlıq elan olunub

İtaliya ərazisində müşahidə olunan anomal istilərlə əlaqədar paytaxt Roma daxil olmaqla, 10 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edilib.

Naxçıvan televiziyası xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində insanlar arasında günvurma və istivurma halları qeydə alınıb, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. Romada istidən huşunu itirən turistlərə polisin və təcili yardımın müdaxilə etdiyi bildirilib.

Mütəxəssislərin fikrincə, Avropa və Şimali Afrikada müşahidə olunan isti hava dalğası bəzi yerlərdə temperaturun rekord həddə çatmasına səbəb ola bilər. Havanın temperaturunun 40 dərəcəni ötəcəyi, bəzi yerlərdə isə 48,8 dərəcəyə çatacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM