satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna SQ: Rusiya hərbçiləri İlan adasında fəal hücumlara başlayıb

Ukrayna SQ: Rusiya hərbçiləri İlan adasında fəal hücumlara başlayıb

Rusiya hərbçiləri Qara dənizdə yerləşən İlan adasına hücum edib.

Naxçıvan televiziyası UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığından bildirilib.

Məlumata görə, döyüşlər nəticəsində qarşı tərəf hücum mövqelərindən müdafiəyə çəkilib, amma hələ döyüşlər davam edir.

Həmçinin qeyd olunub ki, Rusiya ordusu hava kəşfiyyatını dayandırmır: “Onlar aviasiya vasitələrindən, o cümlədən PUA-lardan fəal istifadə edirlər”.

Xatırladaq ki, ötən il iyunun 30-da Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib və ada işğaldan azad olunub.

İyulun 4-də isə İlan adasına Ukrayna bayrağı sancılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM