satellite   Azerspace-1: 11135 H 30000

Mixeil Saakaşvilini polşalı həkimlər müayinə edəcək

Mixeil Saakaşvilini polşalı həkimlər müayinə edəcək

Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvilini Polşadan Tbilisiyə gələn 5 nəfərlik həkimlər qrupu müayinə edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravetski Gürcüstanın sabiq prezidentini müayinə etmək üçün Tbilisiyə xüsusi həkimlər göndərib. Gürcüstan hökuməti Avropa İttifaqı rəsmiləri ilə aparılan danışıqlardan sonra polşalı həkimlərin Mixeil Saakaşvilini müayinə etmək üçün xəstəxanaya buraxılmasına icazə verib.

Xatırladaq ki, eks-prezident 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb. 2021-ci ilin oktyabrında gizli şəkildə Gürcüstana gələn Saakaşvili hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM