satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə kəşfiyyatı PKK-nın əsas fiqurlarından birini məhv edib

Türkiyə kəşfiyyatı PKK-nın əsas fiqurlarından birini məhv edib

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) PKK terror qruplaşmasının əsas fiqurlarından hesab edilən Edip Temiz adlı terrorçunu zərərsizləşdirib.

Naxçıvan televiziyası "Hürriyet”ə istinadən xəbər verir ki, PKK-nın xüsusi güc bölməsində ideoloji, hərbi və texniki təhsil alan E.Temiz İraqın bütün bölgələrindəki birliklərə təlim keçib.

O, taktiki aparat istehsal edən komandaya rəhbərlik edib. Terror qruplaşmasında 20 ilə yaxındır fəaliyyət göstərən E.Temiz həm də təşkilatın böyük əhəmiyyət verdiyi Zaqros silahlarının yaradıcısı olduğu üçün PKK-nın qondarma Hərbi Şura deyilən qurumda yüksək səviyyəli “zabit” olub.

Yaratdığı yerli kəşfiyyat şəbəkəsi ilə PKK-nın ən tanınmış adlarını təqib edən MİT, sahə agentləri vasitəsilə terrorçuların məxfi fəaliyyət göstərdiyini müəyyən edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM