satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın müdafiə nazirinin xidməti maşını Gürcüstan qeydiyyatlı avtomobillə toqquşub

Ermənistanın müdafiə nazirinin xidməti maşını Gürcüstan qeydiyyatlı avtomobillə toqquşub

Bu gün Ermənistanda Müdafiə Nazirliyinə məxsus “Toyota” markalı avtomobil Gürcüstan dövlət nömrə nişanlı “Hyundai” markalı maşınla toqquşub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ermənistanlı fotojurnalist Qaqik Şamşyan məlumat yayıb.

Onun hadisə yerindən çəkdiyi fotolardan sonra məlum olub ki, “Toyota” Ermənistan müdafiə naziri Suren Papikyanın xidməti avtomobili olub. Maşını onun mühafizəçisinin idarə etdiyi müəyyənləşib.

Qəza nəticəsində itki olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM