satellite   Azerspace-1: 11135 H 30000

Dünyanın yoxsul ölkələri G20 kreditorlarına olan borclarını qaytarmaqda çətinlik çəkirlər

Dünyanın yoxsul ölkələri G20 kreditorlarına olan borclarını qaytarmaqda çətinlik çəkirlər

G20 ölkələri COVID-19 pandemiyası dövründən indiyədək yoxsul ölkələrə 50 milyard dollar borc veriblər. İndi həmin yoxsul ölkələr G20 kreditorlarına borclarını ödəməkdə əziyyət çəkirlər.

Naxçıvan televiziyası “The Independent” agentliyinə istinadla xəbər verir ki, bu barədə məsələ Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun (IIED) son hesabatında öz əksini tapıb.

Ekspertlərin sözlərinə görə, dünyanın ən yoxsul ölkələri öz vətəndaşlarının qayğısına qalmaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq əvəzinə iri bankların xəzinələrini doldurmaqla məşğuldurlar.

Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun hesabatı Dünya Bankının son məlumatları əsasında hazırlanıb.

Təhlillər göstərir ki, dünyanın 58 kasıb ölkəsi və kiçik ada dövlətləri tərəfindən edilən ödənişlərin məbləği 2022-ci ildə 21 milyard dollara çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM