satellite   Azerspace-1: 11135 H 30000

KİV: Fransa parlamenti hərbi büdcəni rekord həddə çatdırır

KİV: Fransa parlamenti hərbi büdcəni rekord həddə çatdırır

Fransa Senatı ölkənin hərbi büdcəsinin 2024-2030-cu illərdə 413 milyard avro təşkil edəcəyi haqqında qanun layihəsini təsdiq edib.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Senatdan əvvəl parlamentin aşağı palatası tərəfindən təsdiq olunub.

Fransa Müdafiə Nazirliyindən bildirilib ki, hərbi büdcənin artırılması presedentsiz haldır.

Qeyd edək ki, Vilnüsdə NATO sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə Ukraynaya uzaqmənzilli raketlərin tədarük ediləcəyini bildirib. Görüş zamanı Fransa lideri həmkarına Ukraynanın minalardan təmizlənməsi üçün əlavə vasitələrin veriləcəyini də bildirib. Bundan əvvəl isə Fransa SCALP qanadlı raketlərini Ukraynaya təhvil verib. Silahlar artıq Ukraynadadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM