satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: “Rusiya Ukrayna ordusunu dayandırmaq üçün əlindən gələni edir”

Zelenski: “Rusiya Ukrayna ordusunu dayandırmaq üçün əlindən gələni edir”

Rusiya Ukraynanın cənubunda və şərqində Silahlı Qüvvələrin hərəkətini dayandırmaq üçün hər cür səy göstərir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"Hər kəs çox aydın - mümkün qədər aydın şəkildə başa düşməlidir ki, bizim cənub və şərq torpaqlarımızdakı Rusiya qoşunları döyüşçülərimizi dayandırmaq üçün əlindən gələni edir. Hər min metrlik irəliləyiş, hər bir döyüş briqadamız alqışa layiqdir”, - Prezident deyib.

Zelenski həmçinin döyüşçülərə müraciət edərək, düşmən mövqelərinə basqın etdiklərinə və işğalçıların hücumlarını dəf etdiklərinə görə onlara təşəkkür edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM