satellite   Azerspace-1: 11135 H 30000

Kreml: “Ukraynada sülh hələ ki mümkün deyil"

Kreml: “Ukraynada sülh hələ ki mümkün deyil"

“Ukraynada sülh hələ ki mümkün deyil".

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, rəsmi Kiyev kollektiv Qərbin Rusiya ilə müharibəsində alət kimi istifadə edildiyi müddətcə sülhə yaxın durmayacaq: “Ukrayna NATO-nun bir neçə milyardlıq yardımını səmərəsiz və məqsədsiz istifadə edir. Ukraynanın əks hücumu planlaşdırıldığı kimi alınmır. Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr çarəsizlik aktlarıdır. Moskva bu terror aktlarına qarşı mübarizə aparacaq”.

Qeyd edək ki, D.Peskov daha əvvəl Rusiyanın sülh danışıqlarına hazır olduğunu bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM