satellite   Azerspace-1: 11135 H 30000

Pakistan İrandakı səfirini geri çağırıb

Pakistan İrandakı səfirini geri çağırıb

Pakistan öz səfirini İrandan geri çağırıb.

Naxçıvan televiziyası xəbər verir ki, Pakistan XİN Tehranın ölkə ərazisinə zərbələrini qanunsuz adlandırıb və cavab vermək hüququnu özündə saxladığını deyib.

Pakistan XİN sözçüsü Mümtaz Zəhra Bəluç əlavə edib ki, İslamabad ölkənin suverenliyinin pozulmasından sonra Tehranla bütün yüksək səviyyəli diplomatik mübadilələri dayandıracaq və hazırda İranda səfərdə olan İranın Pakistandakı nümayəndəsini ölkəyə geri buraxmayacaq.

Xatırladaq ki, ötən gün İran Pakistan ərazisinə raket zərbələri endirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM