satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan parlamentində Paşinyanla Koçaryan arasında dava düşüb

Ermənistan parlamentində Paşinyanla Koçaryan arasında dava düşüb

Ermənistan parlamentinin iclasında Baş nazir Nikol Paşinyanla ölkənin keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan arasında dava düşüb.

Naxçıvan televiziyası “Sputnik Armenia”ya istinadən xəbər verir ki, L.Koçaryan Baş nazirin təhlükəsizlik siyasətinin iflasa uğradığını iddia edib.

Keçmiş prezidentin oğlu N.Paşinyana “sən” deyərək müraciət edib.

Bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub.

N.Paşinyan L.Koçaryana daha diqqətli danışmağı tövsiyə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM