satellite   Azerspace-1: 11135 H 30000

İran-Pakistan sərhədində partlayışlar nəticəsində 7 nəfər ölüb

İran-Pakistan sərhədində partlayışlar nəticəsində 7 nəfər ölüb

İranın Sistan və Bəlucistan əyalətlərinin Seravan dairəsi yaxınlığında baş verən partlayışlar nəticəsində 7 nəfər həlak olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Fars” agentliyi əyalət qubernatorunun müavininə istinadən məlumat yayıb.

Sistan və Bəlucistan qubernatorunun təhlükəsizlik üzrə müavininin sözlərinə görə, partlayış nəticəsində 3 qadın və 4 uşaq həlak olub.

Bundan əvvəl Pakistanla sərhəddə yerləşən Seravan dairəsi, Sistan və Bəlucistan əyalətlərinin bir sıra ərazilərində partlayışlar baş verdiyi barədə məlumat yayılıb. Daha sonra Pakistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İran ərazisinə endirilən zərbələri təsdiqləyərək, onların məqsədinin terrorçuların sığınacaqları olduğunu bildirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM