satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-dən açıqlama: Türkiyəyə F-16-ların satışına dəstəyimiz davam edir

ABŞ-dən açıqlama: Türkiyəyə F-16-ların satışına dəstəyimiz davam edir

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ administrasiyasının Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına dəstəyini davam etdirdiyini açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, Kirbi gündəlik mətbuat brifinqində Türkiyəyə F-16 satışını qiymətləndirib.

“Vəzifəyə gəldiyimiz gündən bu mövzuda ardıcıl siyasi mövqeyimiz var. Əlavə F-16-ların satışına və modernləşdirilməsinə dəstək verməyə davam edirik”, -deyə o, bildirib.

Con Kirbi F-16-ların satışı ilə bağlı Konqresə rəsmi bildirişin nə vaxt göndəriləcəyi və satış cədvəli ilə bağlı dəqiq bir tarix deyə bilməyəcəyini söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM