satellite   Azerspace-1: 11135 H 30000

"Real"ın futbolçusu İspaniyada 3,5 milyon avro təzminat alacaq

"Real"ın futbolçusu İspaniyada 3,5 milyon avro təzminat alacaq

"Real" klubunun futbolçusu Luka Modriç İspaniya vergi orqanlarına qarşı məhkəmədə qalib gəlib.

Naxçıvan televiziyası yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi 3,5 milyon avro təzminat alacaq.

2018-ci ildə xorvatiyalı oyunçu 2012-ci ildən 2014-cü ilədək İspaniyada vergidən yayınma ittihamı ilə şərti 8 il həbs cəzası alıb və 1,2 milyon avro ödəməyə məcbur edilib. Modriç qərardan apellyasiya şikayəti vermişdi.

Futbolçu İngiltərə təmsilçisi "Tottenhem"dən "Kral klubu"na yeni keçdiyi üçün 2012-ci ildə bu ölkənin vergi rezidenti olmadığını bildirib. Məhkəmə isə yarımmüdafiəçinin arqumenti ilə razılaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM