satellite   Azerspace-1: 11135 H 30000

Husilər Rusiya və Çin gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçidinə vəd veriblər

Husilər Rusiya və Çin gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçidinə vəd veriblər

Qırmızı dənizdə Rusiya və Çin gəmiləri təhlükə altında deyil.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə müsahibəsində “Ənsar Allah” hərəkatının (husilər) siyasi bürosunun üzvü Məhəmməd əl-Bahiti bildirib.

“Bütün digər ölkələrə, o cümlədən Rusiya və Çinə gəldikdə, onların regionda daşınma ilə bağlı təhlükəsi yoxdur. Üstəlik, biz onların gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçməsini təmin etməyə hazırıq”, - o qeyd edib.

Onun sözlərinə görə, məqsədləri İsrail üçün iqtisadi xərcləri artırmaqdır: “Biz sülhə hazırıq, lakin ABŞ və Böyük Britaniya Yəmənə hücumları, Qəzza zolağındakı müharibəni dayandırmalı və dərman, yanacaq, eləcə də qidanın fasiləsiz axını təmin etməlidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM