satellite   Azerspace-1: 11135 H 30000

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə xarici siyasət konsepsiyasını müzakirə edib

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə xarici siyasət konsepsiyasını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə görüş keçirib.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.

Prezident Rusiyanın xarici siyasət konsepsiyasının müddəalarının həyata keçirilməsinin müzakirəsini təklif edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov iclasda məruzə ilə çıxış edib.

Ölkənin xarici siyasəti konsepsiyası Prezidentin 31 mart 2023-cü il tarixli fərmanı ilə təsdiq edilib. Sənəddə bildirilib ki, ölkənin silahlı qüvvələri təkcə Rusiyaya və onun müttəfiqlərinə qarşı hücumu dəf etmək deyil, həm də qabaqlayıcı tədbirlər görmək hüququna malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM