satellite   Azerspace-1: 11135 H 30000

Pakistan milli təhlükəsizlik komitəsi İranla gərginlik səbəbindən toplanır

Pakistan milli təhlükəsizlik komitəsi İranla gərginlik səbəbindən toplanır

Pakistanın yüksək səviyyəli hərbi və hökumət rəsmiləri İranla gərginliyin artması ilə əlaqədar milli təhlükəsizlik komitəsinin iclasını keçirəcək.

Naxçıvan televiziyası “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Pakistanın “Dawn” xəbər portalı məlumat yayıb.

Qeyd edilib ki, komitənin iclasına müvəqqəti hökumətin Baş naziri Ənvər-ul-Xak Kakar sədrlik edəcək.

Bildirilib ki, iclasda Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və ölkənin kəşfiyyat xidmətlərinin rəhbərləri iştirak edəcəklər.

Xatırladaq ki, İranla gərginliyin artması səbəbindən Pakistanın müvəqqəti hökumətinin rəhbəri Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM