satellite   Azerspace-1: 11135 H 30000

Pakistan İranla qarşılıqlı etimad əsasında əməkdaşlığa hazır olduğunu açıqlayıb

Pakistan İranla qarşılıqlı etimad əsasında əməkdaşlığa hazır olduğunu açıqlayıb

Pakistan İranla qarşılıqlı etimad əsasında əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığında bildirib.

“Pakistan və İran arasında sıx qardaşlıq əlaqələrini vurğulayan xarici işlər naziri İslamabadın Tehranla qarşılıqlı etimad və əməkdaşlıq ruhu əsasında işləmək arzusunu ifadə edib”, - Pakistan XİN-in bəyanatında deyilir.

Cəlil Abbas Cilani onu da vurğulayıb ki, bu əməkdaşlıq ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətə əsaslanmalıdır.

Tərəflər həmçinin gərginliyi azaltmağa dair razılığa gəliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM