satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan məktəblisi "Technest Təqaüd Proqramı" çərçivəsində 100 faizlik təqaüd qazanıb

Naxçıvan məktəblisi "Technest Təqaüd Proqramı" çərçivəsində 100 faizlik təqaüd qazanıb

Nazirlikdən Naxçıvan televiziyası-a verilən məlumata görə, Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin X sinif şagirdi Zərif Salehzadə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Technest Təqaüd Proqramı" üzrə tam təqaüd qazanıb. 

"Technest Təqaüd Proqramı" çərçivəsində təqaüdçü şagirdimiz Zərif Salehzadəyə "Her IT Journey" proqramı üzrə "Data Analitika" və "UIUX Dizayn" təlimləri keçiriləcək.

Qeyd edək ki, “Technest” təqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiya və Rəqəmsal İnkişaf agentliyinin nəzdində yaradılmışdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Müsabiqə bir neçə mərhələdə həyata keçirilir: onlayn müraciət, tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və ən sonda müsahibə mərhələsi. Yalnız bütün mərhələləri uğurla keçmiş namizədlər təqaüddən yararlana bilərlər. Qəbul nəticəsinə əsasən 70%, 90% və 100% təqaüd təyin olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM