satellite   Azerspace-1: 11135 H 30000

NDU ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında anlaşma memorandumu imzalanıb - FOTOLAR

NDU ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında anlaşma memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font> NDU ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında anlaşma memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font> NDU ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında anlaşma memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font> NDU ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında anlaşma memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font> NDU ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında anlaşma memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında görüş keçirilib, akademik əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Ali təhsil ocağının Media və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan televiziyası-a bildirilib ki, bu münasibətlə keçirilən görüşdə rektor Elbrus İsayev universitetdə təhsilin keyfiyyətinin artırılması üçün görülən işlər haqqında qonaqlara geniş məlumat verib. Bildirilib ki, əsas məqsəd Azərbaycan və beynəlxalq təhsil sistemləri ilə inteqrasiyanı gücləndirərək, ali təhsil müəssisəsini dünyanın qabaqcıl universitetlərindən birinə çevirməkdir. Diqqətə çatdırılıb ki, tədqiqat potensialını artırmaq, əmək bazarı və sənaye ilə sıx əlaqələr qurmaq, tədqiqatyönümlü tədrisi inkişaf etdirmək universitetin prioritetlərindəndir.

Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev elmin və təhsilin inkişafının müasir cəmiyyət üçün əsas prioritet olduğunu vurğulayıb. Professor bildirib ki, elm və təhsil sahəsindəki irəliləyişlər sosial və iqtisadi inkişafın mühüm təməlini təşkil edir. Müasir dövrdə elmi tədqiqatların və akademik fəaliyyətlərin dünya səviyyəsində rəqabətli olması, həm intellektual, həm də texnoloji inkişaf üçün əvəzsiz amildir. Professor, həmçinin universitetlərdə tələbələrin araşdırma üsuluna daha çox cəlb edilməsinin vacibliyini, eləcə də elmi əsaslarla düşünmə və tədqiqat bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Naxçıvan Dövlət Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında akademik əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memoranduma akademik və tədqiqat heyətinin qarşılıqlı mübadiləsi, tərəflərin fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyinə uyğun olaraq ikili diplom proqramlarının həyata keçirilməsi, akademik tədqiqat məlumatlarının və texniki materialların mübadiləsi, mədəni fəaliyyətlərdə nəşr və yaxud əməkdaşlıq etmək məsələləri nəzərdə tutulub. Həmçinin konfrans, seminar, simpozium, konqres və digər ortaq akademik və elmi tədbirlərin təşkili, eləcə də Dünya Azərbaycanlı Alimlər Birliyinə üzv alimlərin Naxçıvan Dövlət Universitetində mütəmadi olaraq təlim və seminarlarının keçirilməsi planlaşdırılıb. Bu memorandum iki qurum arasında elmi və akademik əlaqələrin genişləndirilməsinə xidmət edəcək.

Sonda NDU-nun rektoru Elbrus İsayev professor Məsud Əfəndiyevə xatirə plaketi və “Naxçıvan. Şərqin Əfsanəsi” kitabını hədiyyə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM