satellite   Azerspace-1: 11135 H 30000

Türk dünyasının görkəmli şəxsiyyətləri ilə bağlı ortaq elmi layihələrin icrası müzakirə edilib

Türk dünyasının görkəmli şəxsiyyətləri ilə bağlı ortaq elmi layihələrin icrası müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova ilə görüşüb.

Bu barədə NTV-yə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə AMEA ilə Fondun elmi əməkdaşlıq məsələləri, ortaq layihələri müzakirə olunub.

Eyni zamanda 2026-cı ildə I Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyi münasibəti təşkil ediləcək sərgilər, elmi konfranslar və kitab təqdimatları haqqında müzakirə aparılıb, habelə Akademiya ilə Fondun ortaq nəşrləri məsələlərinin prespektivləri gündəmə gətirilib.

Müzakirədə həmçinin 2025-2026-cı illərdə yubileyləri keçiriləcək Türk dünyasının görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına həsr olunan ortaq elmi layihələrin icrası məsələləri üzərində fikir mübadiləsi aparılıb.

A.Raimkulova isə ortaq elmi layihələrin icrasının Türk dünyasının mədəniyyətinin, ədəbiyyatının, dilinin inkişaf baxımından əhəmiyyətli olacağına inamını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM