satellite   Azerspace-1: 11135 H 30000

Bu il Naxçıvanda müəllimlərin sertifikatlaşdırılmasının II dövriyyəsi keçiriləcək

Bu il Naxçıvanda müəllimlərin sertifikatlaşdırılmasının II dövriyyəsi keçiriləcək

Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırmasının ikinci dövriyyəsi 2026-cı ilin aprel–may aylarında keçiriləcək. II dövriyyəyə Azərbaycan və rus bölmələri üzrə Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, İnformatika, Tarix, Fizika, Kimya, Biologiya, Coğrafiya, Texnologiya, İngilis dili, Rus dili, Fransız dili, Alman dili, Musiqi, Təsviri incəsənət, Fiziki tərbiyə, İbtidai sinif və GÇH fənləri üzrə müəllimlər cəlb olunacaq.

NTV xəbər verir ki, bu sözləri təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi ilə bağlı media nümayəndələri üçün brifinqndə çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.

Nazir bildirilib ki, sertifikatlaşdırmanın test mərhələsində iştirak edəcək müəllimlərə Azərbaycan Respublikası Təhsil İnstitutunun müvafiq resurslarından istifadə tövsiyə olunur. Bununla bağlı “Test mərhələsinin qiymətləndirmə çərçivəsi” və ARTİ tərəfindən hazırlanmış videoresurslar təhsilverənlərin istifadəsinə təqdim edilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM