satellite   Azerspace-1: 11135 H 30000

İkinci ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılır

İkinci ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılır.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, II ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

Qeyd edək ki, abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc edilib. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM