satellite   Azerspace-1: 11135 H 30000

Ali məktəblərin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Ali məktəblərin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, ixtisas seçimi sentyabrın 7-dək aparılacaq.

Bu gün saat 09:55-dək olan məlumata görə, ümumilikdə 2177 ərizə təsdiq edilib. Bu ərizələrdən 1883-ü 11 illik təhsil bazasında kolleclərə aiddir.

Ali məktəblərə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM