satellite   Azerspace-1: 11135 H 30000

Ali məktəblərə qeydiyyatla bağlı çətinlik yarandıqda vətəndaşlar müxtəlif xidmətlərdən yararlana bilərlər

Ali məktəblərə qeydiyyatla bağlı çətinlik yarandıqda vətəndaşlar müxtəlif xidmətlərdən yararlana bilərlər

Ali təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi davam edir.

Elm və Təhsil Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olan vətəndaşlar qeydiyyatla bağlı çətinlik yaşadıqları halda aşağıdakı xidmətlərdən yararlana bilərlər:

-Elm və Təhsil Nazirliyinin vatsap xidməti: +994-51-206-78-48;

-Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi: 146-6;

- 5 və 7 saylı Bakı, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzləri,

- Elm və Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi.

Xatırladaq ki, elektron sistem üzrə qeydiyyat sentyabrın 12-si saat 23:59-da yekunlaşacaq. Abituriyentlər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM