satellite   Azerspace-1: 11135 H 30000

Rezidenturaya əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyatı başlayır

Rezidenturaya əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyatı başlayır

Bu gün saat 12:00-da ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya boş qalan plan yerlərinə əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyat prosesinə start veriləcək.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, qəbul olan namizədlər https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM